Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda uşaq paralimpiya hərəkatı inkişaf etdirilir

Azərbaycanda uşaq paralimpiya hərəkatı inkişaf etdirilir


Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması işində yeni mərhələ başlayıb. Hazırda paralimpiyaçı uşaqların vahid məlumat bazasının yaradılması istiqamətində müvafiq işlər görülür.


BrendSport.az xəbər verir ki, Bu sözləri Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov komitənin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin baş məşqçiləri ilə görüş zamanı deyib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin (UPK) idarə heyətinin sədri Natiq Qasımov son beş il ərzində respublikamızda uşaq paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Komitə rəsmisi bildirib ki, Uşaq Paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi istiqamətində bir sıra təşkilatların dəstəyi olub. Azercell Telekom MMC hər il olduğu kimi, bu il də uşaq paralimpiya hərəkatına dəstək verir. Məlum olduğu kimi 2013-cü idə uşaq paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi məqsədi ilə MPK ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında beş il müddətinə anlaşma Memorandumu imzalanmışdır. Bu dəstəyin davam etdirilməsi məqsədi ilə yaxın günlərdə MPK ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında yeni Memorandum imzalanacaq. Bununla yanaşı BP Azərbaycan da hərəkatın inkişafına dəstək olub. Güman edirik ki, bu dəstək gələcəkdə də davam etdiriləcək. O, hər üç təşkilata dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra MPK-nın baş katibi, UPK-nın icraçı direktoru Kamal Məmmədov da çıxış edib. Məşqçilərin qarşısında dayanan vəzifələr haqqında söz açıb. O bildirib ki, Böyüklər arasında paralimpiya yarışlarına seleksiya üçün uşaq paralimpiya hərəkatının fəaliyyəti olduqca önəmlidir. İstər paytaxt Bakıda, istərsə də, sağlamlıq imkanları məhdud uşaqların paralimpiyaya hərəkatına cəlb olunması istiqamətində addımlar atılmalıdır.

Görüşdə geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilmişdir.


Facebook-da paylaş

Xəbəri paylaş