Milli Paralimpiya Komitəsi yeni regional bölmə yaratdı
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə Regionlarda Paralimpiya hərəkatının sürətli inkişafını və seleksiya işlərinin aparılmasını təmin etmək, həmçinin paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirmək məqsədi ilə Gəncə şəhərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsi yaradılmışdır.
Bölmə Gəncə şəhəri də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcəkdir.
Paralimpiya çempionu Qasımov Ramil Famil oğlu ictimai əsaslarla Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi
Facebook-da paylaş