Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 500 min manat ayrılıb
Aprelin 4-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.
BrendSport.az xəbər verir ki, Sərəncama əsasən, ölkəmizdə Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə Komitənin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Komitəyə 500 min manat vəsait ayrılıb.
Facebook-da paylaş