Əsas Səhifə > Olimpiya > Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 500 min manat ayrılıb

Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 500 min manat ayrılıb


4-04-2019, 23:06


Aprelin 4-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.

BrendSport.az xəbər verir ki, Sərəncama əsasən, ölkəmizdə Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə Komitənin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Komitəyə 500 min manat vəsait ayrılıb.
Geri qayıt