Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024: Azərbaycan millisi final mərhələsində



Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün qrup hərəkətləri üzrə komandaların təsnifat mərhələsi başa çatıb.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi 14 iştirakçı arasında 8-ci yeri tutub. Bununla da yığmamız final mərhələsinə vəsiqə qazanıb.

Gimnastlarımız halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb. Yığmamız iki hərəkətin cəmində hesabını 62,000 xala çatdırıb.

Qeyd edək ki, təsnifat mərhələsinin 8 ən yaxşısı sabah baş tutacaq final raundunda iştirak edəcək. Həlledici mərhələ Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş