Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024: Zöhrə Ağamirova ikinci hərəkətdə çıxış edib



Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

BrendSport.az
xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsində ikinci hərəkətdə mübarizəyə başlayıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova halqa ilə bacarığını nümayiş etdirib. Onun çıxışı 32,500 xalla qiymətləndirilib.

Bunadək topla çıxışı zamanı 30,200 xala layiq görülən gimnastımız iki hərəkətin cəmində 62,700 xala malikdir. Zöhrə artıq ilk hərəkəti yerinə yetirən 10 idmançı arasında 5-ci yerdədir.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnast sabahkı finala vəsiqə qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş