Bədii gimnastlarımız Fransadan altı medalla qayıdırlar
Bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medallara layiq görülüb. Gimnastımız çoxnövçülük proqramında da gümüş mükafat qazanıb.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala sahib olub.
Facebook-da paylaş