Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Zöhrə Ağamirova fərdi proqramda final çıxışlarını edib






Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında fərdi proqramda final çıxışlarını edib.

BrendSport.az xəbər verir ki , idmançı halqa, top və gürzlə bacarığını göstərib.

O, hakimlərdən lentlə hərəkətlərin icrasında 29.500, halqa ilə hərəkətlərdə 29.650, topla hərəkətlərdə 31.300 və gürzlə hərəkətlərdə 31.650 xal alıb. Dörd hərəkətin cəmində 97.750 xal toplayan Ağamirova hazırda ikinci pillədə qərarlaşıb.

Bu gün həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası mübarizəyə qoşulacaq. Kollektiv beş halqa, üç lent və iki topla bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.

Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş