Nazirlik rəsmisi: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi böyük sevincdir

Bakının “Dünya İdman Paytaxtı” seçilməsi böyük sevincdir.
BrendSport.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, 2026-cı ildə Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçiriləcəyini bildirib: “Buna görə idman federasiyalarına təşəkkür edirik. Onlar beynəlxalq qurumlarla əlaqə yaradaraq, ölkəmizdə vacib tədbirlərin təşkilinə kömək edirlər”.
Facebook-da paylaş





















