Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov: Müxtəlif qitələrdən olan gəncləri burada görmək çox xoşdur



"Müxtəlif qitələrdən olan gəncləri burada görmək çox xoşdur".

BrendSport.az
xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi etməsi tədbirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, il ərzində müxtəlif tədbirlərin keçiriləcəyini bildirib: "Şuşada səkkiz tədbir keçirməyi planlayırıq. Bildiyiniz kimi, bu il Lənkəran şəhəri həm Azərbaycanın, həm də Türkdilli Dövlətlər Təşkilatının Gənclər Paytaxtı seçilib. Sevinirik ki, gənclərimiz beynəlxalq arenada fəaldırlar. Bu, onların təcrübə qazanmasına da kömək olacaq. Bundan sonra bölgələrdə də gənclərlə bağlı tədbirlər həyata keçirəcəyik".


Facebook-da paylaş

Xəbəri paylaş