Fərid Qayıbov: Üzgüçülüyə marağın artması sevindirici haldır
"Sevindirici haldır ki, bu yarış ənənə halını alır və ikinci ildir keçirilir".
BrendSport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdman Sarayında keçirilən "Birlikdə üzək" yarışının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir yarışa marağın ildən-ilə daha da artdığını bildirib: "Artıq bölgələrdə də iştirakla bağlı istək çoxalıb. Budəfəki yarışa Türkiyə və Özbəkistan komandaları da qatıldılar. Dövlətimizin dəstəyi, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyanın əməyi sayəsində bu idman növü inkişaf etməkdədir. Bu, illər ərzində görülən işlərin nəticəsidir”.
F. Qayıbov məktəblilərin üzgüçülüyə marağının artırılması istiqamətində də addımlar atıldığını xatırladıb: “Bölgələrdə təşkil etdiyimiz "Birlikdə üzməyi öyrənək" adlı layihəmiz var. Uşaqlara 4 həftəlik proqram keçirik. Bunun sayəsində övladlarımız üzgüçülüyün sirlərini öyrənirlər. Hətta bəzən müxtəlif yaş qruplarından olan insanlara da rast gəlirik. Üzgüçülüyə marağın artması sevindirici haldır. Mən hamını bu idman növünə dəvət edirəm. Həqiqətən də idman sağlamlıqdır".
Facebook-da paylaş