Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov: Azad edilmiş ərazilərimizdə idman yarışlarının keçirilməsi davam edəcək

Fərid Qayıbov: Azad edilmiş ərazilərimizdə idman yarışlarının keçirilməsi davam edəcək


Bu il Şuşada əvvəlcə velosiped, sonra şahmat yarışları baş tutdu. Gələcəkdə şahmat və velosiped yarışlarının yenidən işğaldan azad edilmiş ərazilərimizdə təşkil etməyi davam etdirmək istəyirik. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bir il ərzində Suqovuşanda iki beynəlxalq yarış keçirib.

BrendSport.az
bir xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad edilmiş ərazilərimizdə gələcəkdə keçiriləcək yarışlar barədə danışarkən deyib.
Fərid Qayıbov qeyd edib ki, Suqovuşandakı ilk yarışda dörd ölkə iştirak etmişdisə, ikinci yarışa 12 ölkə qatıldı. Bu da onu göstərir ki, yarışlar yüksək səviyyədə təşkil olunur. Ölkələr bir-birlərinə Azərbaycanın təşkilatçılıq səviyyəsi haqqında danışırlar. Odur ki, digər ölkələrin idmançıları da yarışda iştirak etmək üçün ölkəmizə gəlirlər.
“Düşünürəm ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox ambisiyalı təşkilatdır. Onlar bu ənənəni davam edəcəklər. Növbəti illərdə ölkələrin sayı daha da artacaq, yarışın formatı da təkmilləşəcək. Avarçəkmə yarışlarının hər ikisində iştirak etdim. Avarçəkmənin müxtəlif növləri var. Bəzi yarışların uzunmüddətli olduğunu nəzərə alaraq, Suqovuşanda keçirməyə şərait yoxdur. Buna görə digər yarışlar həm məsafə uzaq olmadığı, həm də qalmağa şərait olduğu üçün Mingəçevirdə keçirilir. Suqovuşana yaxın ərazidəki müasir Tərtər Olimpiya İdman Kompleksində iştirakçılar üçün qalmağa şərait mövcuddur. Bu bölgələrdə digər tədbirləri keçirməyi planlaşdırırıq. Bunun üçün hər bölgənin gələcək inkişaf layihəsi hazırlanıb”, - deyə nazir vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş