Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimatı olub



Azərbaycan İdman Jurnalistləri Federasiyasının
Yanvarın 10-da Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi olub.
BrendSport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev və federasiyanın rəhbəri Qabil Mehdiyev iştirak ediblər.
F.Mansurov çıxış edərək Gənclər və İdman naziri Azad Rəhimovun 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında idman mediasının təşkilatlanmasının vacibliyini vurğuladığını diqqətə çatdırıb. İdman mediasında uğurların qazanılmasının önəmini vurğulayan F.Mansurov bu baxımdan yeni təşkilatın yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirib. O, federasiyanın idman mediasının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
A.Abiyev Azərbaycan atletlərimizin nailiyyətlərinin təbliğində idman jurnalistlərinin böyük rol oynadıqlarını bildirib və yeni təşkilata uğurlar arzulayıb.
Federasiyanın rəhbəri Q.Mehdiyev idman mediasının daha səmərəli fəaliyyətinin vacibliyini bildirib, bu sahədə bir sıra boşluqların olduğunu deyib: “Bu quruma dəstək vermək üçün federasiya yaratmağı planlaşdırırdıq. Qismət bu günə idi. Nəhayət, bu federasiyanı yaratdıq. Bu təşkilatın yaradılmasında fəal dəstəyinə görə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkür edirəm”.
Q.Mehdiyev bildirib ki, ehtiyac olarsa, bir sıra şirkətlərlə sponsorluq müqaviləsi də imzalanacaq. Bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Artıq federasiyasının saytı fəaliyyət göstərir. Burada ən aktual yazılar dərc olunacaq. Saytda hansı jurnalistin yazısı daha çox dərc olunarsa, ilin sonunda onun mükafatlandırılması nəzərdə tutulur. Sayt, həmçinin ensiklopediya funksiyası da daşıyır”.
Sonra federasiya rəsmisi AİJF-nin rəsmi saytını təqdim edib. O, həmçinin Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatlarının təsis olunduğunu, onların il ərzində fərqlənən jurnalistlərə təqdim ediləcəyini söyləyib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Tofiq Eyvazov, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov və digərləri də çıxışlarında təşkilata uğurlar arzulayıblar.
Sonra AİJF-in İdarə Heyətinin üzvləri təqdim olunub, jurnalistlərin sualları cavablandırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş