Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Səbail" "Sumqayıt"a, "Sabah" "Kəpəz"ə qarşı 



Bu gün Misli Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, hər iki qarşılaşma Bakıda gerçəkləşəcək.

Əvvəlcə "Səbail" "ASCO Arena"da "Sumqayıt"la üz-üzə gələcək. Saat 16:00-da başlanacaq matçı baş hakim Rəşad Əhmədov idarə edəcək.

24 turdan sonra "Səbail" 17 xalla son pillədə qərarlaşıbsa, "Sumqayıt" 18 xalla 9-cudur. Bu komandalar indiyədək 20 dəfə üz-üzə gəliblər. Qarşılaşmaların 7-də "dənizçilər", 10-da "kimyaçılar" qələbə qazanıbsa, 3 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də "gənclik şəhəri" təmsilçisi öndədir - 25:15.

Son 6 görüşdə meydan sahibi olan komanda uduzmayıb. “Səbail” son üç ev qarşılaşmasının hərəsində 1 qol vurub.

Günün son görüşündə "Sabah" "Kəpəz"i sınağa çəkəcək. "Bank Respublika Arena"dakı görüşə baş hakim qismində Rauf Allahverdiyev təyinat alıb.

Hazırda "Sabah" 53 xalla 2-ci, "Kəpəz" 20 xalla 7-ci yerdə gedir. Bu komandalar indiyədək çempionatda cəmi 2 dəfə üz-üzə gəliblər. Matçların birində "Sabah" qalib gəlibsə, digəri heç-heçə ilə yekunlaşıb. Topların nisbətində paytaxt təmsilçisi öndədir - 7:2. “Sabah” hər iki oyunda qol vurub. “Kəpəz” isə qalib gəlməyib.

Misli Premyer Liqası, XXV tur

4 mart (şənbə)

16:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“ASCO Arena”

18:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”

Qeyd edək ki, turun ilk oyununda "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - 2:2. Tura martın 5-də keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" görüşləri ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş