Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki görüşü keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki görüşü keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
BrendSport.az
xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 26 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qəbələ” 17 xalla beşinci sırada yer alan “Sabah”ın qonağı olacaq. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu oyunların 6-da paytaxt təmsilçisi, 5-də əyalət klubu qələbə qazanıb. İki qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də meydan sahiblərinin üstünlüyü nəzərə çarpır - 17:14.
“Qəbələ” son üç qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Turun son oyunu “Səbail” və “Sumqayıt” komandaları arasında olacaq. Hazırda “dənizçilər” 10 xalla autsayderdir. Rəqibindən 2 xal çox toplayan “gənclik şəhəri” təmsilçisi isə 7-ci pillədə qərarlaşıb.
Hər iki komanda Premyer Liqada daha əvvəl 16 dəfə qarşılaşıb. Altı oyun paytaxt təmsilçisinin, 8 görüş isə Sumqayıtın eyniadlı komandasının xeyrinə başa çatıb. İki qarşılamada heç-heçə qeydə alınıb. Bu oyunlarda Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv 13, Aleksey Baqanın rəhbərlik etdiyi komanda isə 17 qol vurub. Yeri gəlmişkən, bu, Baqanın "Sumqayıt"ın sükanı arxasına ölkə çempionatında debüt matçı olacaq.
Qeyd edək ki, turun ilk oyun günündə “Zirə” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” isə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş