Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək



BrendSport.az xəbər verir ki, ilin sonuncu turu iki qarşılaşma ilə başlayacaq.

Günün birinci matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla ikinci, qonaqlar isə 21 xalla dördüncü pillədə qərarlaşıblar.

Komandalar çempionatda 52 dəfə üz-üzə gəliblər. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. On iki qarşılaşmada heç-heçə qeydə alınıb. Top nisbətində də “ağ-qaralar”ın üstünlüyü var - 77:64. “Neftçi” 17 oyundur ki, rəqibi ilə görüşdə meydanı qolsuz tərk etmir. “Qəbələ” isə son on Premyer Liqa matçında “Neftçi”yə qalib gələ bilməyib.

Günün ikinci oyununda “Sumqayıt” klubu “Keşlə”ni qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 12 xalla altıncı, paytaxt klubu 11 xalla yeddinci yerdədir. Çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri meydanı 3 xalla tərk edib. On qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də “Keşlə” üstündür - 51:37. Buna baxmayaraq, bu il ölkə kubokunun finalında “Sumqayıt”a qalib gələn komanda çempionatdakı son dörd matçda qələbə qazana bilmir. “Gənclik şəhəri” təmsilçisi isə evdəki 4 qarşılaşmada 3 xala həsrət qalıb.

Tura dekabrın 16-da oynanılacaq “Səbail” – “Sabah” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xal olan “Qəbələ” ikinci, 22 xal olan “Zirə” üçüncü, bir xal az toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (12), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş