Sampaoli Argentina millisindən qovuldu
Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.
Qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.
1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.
Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.
Facebook-da paylaş