Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Argentina millisində qarışıqlıq - İSETFA TƏLƏBİ VƏ SƏRT TƏNQİDLƏR



Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia millinin baş məşqçisi Xorxe Sampaolini istefaya göndərəcəkləri barədə xəbərlərə münasibət bildirib.

"A Bola"nın verdiyi məlumata görə, o, bu iddiaları təkzib edib: "Bu şayiələr həqiqəti əks etdirmir".

Qrup mərhələsinin son turunda Nigeriya ilə qarşılaşacaq yığma ilə bağlı daha bir xəbər yayılıb. Argentinanın TYC telekanalının şərhçisi Rikardo Karruso Lombardi iddia edib ki, iyunun 26-da keçiriləcək matçda komandaya baş məşqçi Xorxe Sampaoli başçılıq etməyəcək.

İddialara görə, Argentina Futbol Federasiyası futbolçuların əksəriyyətinin istəmədiyi Sampaolinin yerinə Xorxe Burruçaqanı gətirmək istəyir.

Bu arada əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib.

“Marca”nın yaydığı xəbərə görə, o, həmyerlilərinin DÇ-2018-dəki uğursuz çıxışının səbəbkarı kimi çalışdırıcını gördüyünü söyləyib: “İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina nə oynadığını bilmir. Komandada heç bir ideya yoxdur – nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda. Xorvatiya ilə görüşdə də biz buna şahid olduq”.

Maradona baş verənlərə görə federasiya rəhbəriyini də günahlandırıb: “Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar”.

O, Lionel Messiyə yönələn ittihamlar haqda da danışıb: “Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.

Qeyd edək ki, DÇ-2018-in ikinci turunda Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra millinin futbolçularının X.Sampaolini istefaya göndərilməsini istədiyi iddia olunurdu. Futbolçuların köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş etdiyi bildirilirdi.


Facebook-da paylaş

Xəbəri paylaş