Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Maradonadan etiraz: "Bu ölkələrdə futbol ehtirası yoxdu”



Əfsanəvi futbolçu Dieqo Maradona 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilatçılığının 3 ölkəyə verilməsinə etiraz edib. O, bu qərarın düzgün verilmədiyini deyib.

Belə ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Maradonanın sözlərinə görə, bunların əvəzinə futbol ölkələrdən birinə etimad göstərmək lazım idi.

Maradona mundialı 3-cü dəfə qəbul edəcək meksikalılara söz də atıb: “Meksika dünya çempionatını keçirməyə layiq deyil. Onlar 1/4 final səddini keçə bilmirlər. Qarşılarına Braziliya və ya Almaniya kimi bir yığma çıxacağı halda, mundial onlar üçün bitmiş olacaq”.

Əfsanəvi futbolçu digər təşkilatçı ölkələrə - ABŞ və Kanadaya da ilişib: “Kanadalılar kayak idmanında yaxşı ola bilərlər. Amma futbolda belə deyil. ABŞ isə sırf reklam gəlirlərini artırmaq üçün futbol oyunlarını 25 dəqiqəyə endirib, 4 yerə bölmək istəyir. Bu ölkələrdə futbol ehtirası yoxdu”.

Qeyd edək ki, Maradona 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında Argentina yığması ilə çempion tituluna yiyələnib.


Facebook-da paylaş

Xəbəri paylaş