Əsas Səhifə > Maqazin > "Bu ölkələrdə futbol ehtirası yoxdu”
"Bu ölkələrdə futbol ehtirası yoxdu”15-06-2018, 16:21 |
Əfsanəvi futbolçu Dieqo Maradona 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilatçılığının 3 ölkəyə verilməsinə etiraz edib. O, bu qərarın düzgün verilmədiyini deyib. Belə ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Maradonanın sözlərinə görə, bunların əvəzinə futbol ölkələrdən birinə etimad göstərmək lazım idi. Maradona mundialı 3-cü dəfə qəbul edəcək meksikalılara söz də atıb: “Meksika dünya çempionatını keçirməyə layiq deyil. Onlar 1/4 final səddini keçə bilmirlər. Qarşılarına Braziliya və ya Almaniya kimi bir yığma çıxacağı halda, mundial onlar üçün bitmiş olacaq”. Əfsanəvi futbolçu digər təşkilatçı ölkələrə - ABŞ və Kanadaya da ilişib: “Kanadalılar kayak idmanında yaxşı ola bilərlər. Amma futbolda belə deyil. ABŞ isə sırf reklam gəlirlərini artırmaq üçün futbol oyunlarını 25 dəqiqəyə endirib, 4 yerə bölmək istəyir. Bu ölkələrdə futbol ehtirası yoxdu”. Qeyd edək ki, Maradona 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında Argentina yığması ilə çempion tituluna yiyələnib. Geri qayıt |