Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Deşam rəqibləri Argentina barədə

Deşam rəqibləri Argentina barədə

"Əlbəttə, bizim də Messi kimi İspaniyada çıxış edən oyunçularımız var, amma bu, üstünlük deyil. Həmin futbolçularımız Leoya qarşı oynasalar belə, bu, o demək deyil ki, biz onu tamamilə zərərsizləşdirəcəyik".

Xarici KİV-nin yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam deyib. DÇ-2018-in 1/8 final mərhələsində sabah Argentina ilə keçirəcəkləri oyundan danışan mütəxəssis Lionel Messidən çəkindiklərini etiraf edib:

"Messi Messidir. İstedadı hər zaman onu fərqləndirir. O, adi bir hərəkətilə meydanda vəziyyəti dəyişməyə qadirdir. Messi gözlənilməz futbolçudur, nə zaman nə edəcəyi bilinmir. Bu, onun unikallığının bir hissəsidir. Yığmada 127 oyun keçirib, 10-larla qol vurub. Əsas məsələ onu zərərsizləşdirməkdir. Amma dediyim ki, azacıq səylə oyunun nəticəsini dəyişə bilir. Messinin Argentina millisinin oyununa təsirini məhdudlaşdırmaq üçün bir neçə variantımız var".

Qeyd edək ki, Fransa - Argentina oyunu sabah Bakı vaxtı ilə 18:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş