Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışının ikinci mərhələsinə start verib



Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər.

BrendSport.az
xəbər verir ki, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Komanda A divizionunda çıxış edən Gürcüstanın U-16 seçməsinə 58:40 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millimiz isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarında iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş