Millimiz yoxlama oyununda Gürcüstanın “Martveli” klubuna qalib gəlib
On altı yaşadək basketbolçulardan ibarət millimizin Tbilisidə təlim-məşq toplanışı davam edir.
BrendSport.az Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.
Baş məşqçi Tahir Baxşıyevin yetirmələri ilk görüşündə “Martveli” klubunun U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəliblər. İkinci görüş “Dinamo Tbilisi” komandasına qarşı keçirilib. Basketbolçularımız həmyaşıdlarına 68:73 hesabı məğlub olublar.
Qeyd edək ki, hazırlıq prosesi aprelin 30-dək davam edəcək.
Facebook-da paylaş