Əsas Səhifə > Milli komandalar > Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışının ikinci mərhələsinə start verib
Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışının ikinci mərhələsinə start verib18-06-2024, 19:11 |
Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər. BrendSport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Komanda A divizionunda çıxış edən Gürcüstanın U-16 seçməsinə 58:40 hesabı ilə qalib gəlib. Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millimiz isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarında iştirak edəcək. Geri qayıt |