Göygöl şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı davam edir
Göygöl şəhərində yeniyetmə cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir.
BrendSport.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışına Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Niderland və Sloveniyadan 100-dən çox yeniyetmə idmançı qatılıb. Hazırlıqda, həmçinin ölkəmizin müxtəlif rayon və şəhərlərindən klub, cəmiyyət və idman təşkilatlarından 200-ə yaxın cüdoçu iştirak edir.
Martın 27-dək davam edəcək təlim-məşq toplanışında əsas məqsəd idmançıların bacarıqlarını təkmilləşdirməklə yanaşı, yaxın gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticə əldə etməkdir.
Facebook-da paylaş