Paracüdoçularımız Böyük Britaniya Qran-Prisinə Gürcüstanda hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo üzrə milli komandası Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edir.
AMPK-dan BrendSprt.az -a bildiriblər ki, baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi altında keçən hazırlıq martın 3-dək davam edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 8–13-də Böyük Britaniyanın Nottinqem şəhərində keçiriləcək Qran-Priyə hazırlıq məqsədi daşıyır.
Facebook-da paylaş