Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımız dünya çempionatına hazırlaşır



Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan Azərbaycan cüdoçuları Hollandiyanın Arnem şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Yığmamız "Papendal” milli təlim mərkəzində hazırlıq prosesi keçir. Toplanışa Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb. Bu toplanış Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Hollandiyadakı hazırlıq prosesinə olimpiya çempionları - kosovolu Maylinda Kelmendi və sloveniyalı Tina Trstenyak, dünya çempionu - fransalı Klariss Aqbenyonu, dünya reytinqində ilk pillələrdə qərarlaşan gürcüstanlı Quram Tuşişvili və Varlam Liparteliani də qatılıb. Toplanışda Gürcüstan, Kosovo, Böyük Britaniya, Danimarka, Belçika, Sloveniya və Almaniya milliləri də iştirak edirlər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq cüdo üzrə dünya çempionatı sentyabrın 20–27-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş