Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Göygöl şəhərində cüdo üzrə beynəlxalq turnirə start verilib

Göygöl şəhərində cüdo üzrə beynəlxalq turnirə start verilib


Bu gün Göygöl şəhərində Azərbaycan Respublikasının əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir start götürüb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli xarici və yerli iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. E.Məmmədli Azərbaycanda cüdo üzrə beynəlxalq turnirin təşkil olunmasını sevindirici hal kimi dəyərləndirib: "Ölkəmizdə yaradılan güclü idman infrastrukturu, eyni zamanda, Azərbaycanda cüdonun dərin ənənələrə malik olması bu cür tədbirlərin təşkili üçün imkan yaradır".
O qeyd edib ki, beynəlxalq turnirin keçirilməsi ölkələr arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək.
Həmçinin bu tipli çempionatların təşkili ACF-in gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılmasına, cüdonun təbliğatına xidmət edir.
Turnirin ilk günündə qızlar arasında 36, 40, 44, 48, oğlanlar arasında isə 46, 50, 55, 60 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya, Polşadan 100-dən çox idmançı iştirak edir.
İki gün davam edəcək turnirə ölkəmizin 400-ə yaxın gənc cüdoçusu qatılıb.


Facebook-da paylaş

Xəbəri paylaş