Pekin Olimpiadasına gələnlər arasında koronavirusa 45 yeni yoluxma halı aşkarlanıb
Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında 45 yeni koronavirusa yoluxma halı aşkarlayıb.
BrendSport.az xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat verib. Məlumatda bildirilib ki, fevralın 4-də Çinə 287 nəfər gəlib, onlardan 138-i idmançı və rəsmi şəxslər, 149-u komanda nümayəndələridir.
Hava limanında və mehmanxanada aparılan PCR testləri nəticəsində 45 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 25-i idmançı və rəsmi şəxslər, 20-si komanda nümayəndələridir.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Facebook-da paylaş