Tokio Olimpiadasında daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb
Tokio Yay Olimpiya Oyunlarında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
BrendSport.az xəbər verir ki, bu barədə avqustun 6-da “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir.
Qeyd edilir ki, yoluxanlar arasında idmançı yoxdur. Bir gün əvvəl isə, Tokio Yay Olimpiya Oyunlarında rekord miqdarda - 31 nəfərdə gündəlik yoluxma aşkar edilib. Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 382 nəfərə çatıb. Həmçinin Olimpiya Oyunlarına hazırlığın başladığı gündən - iyulun 1-dən bəri ümumilikdə 570 min nəfərdən test götürüldüyü qeyd edilir.
Xatırladaq ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə, hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Buna görə də tamaşaçılar Oyunların keçirildiyi idman obyektlərinə buraxılmırlar.
Tokio Yay Olimpiya Oyunlarında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 6-da “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir.
Qeyd edilir ki, yoluxanlar arasında idmançı yoxdur. Bir gün əvvəl isə, Tokio Yay Olimpiya Oyunlarında rekord miqdarda - 31 nəfərdə gündəlik yoluxma aşkar edilib. Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 382 nəfərə çatıb. Həmçinin Olimpiya Oyunlarına hazırlığın başladığı gündən - iyulun 1-dən bəri ümumilikdə 570 min nəfərdən test götürüldüyü qeyd edilir.
Xatırladaq ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə, hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Buna görə də tamaşaçılar Oyunların keçirildiyi idman obyektlərinə buraxılmırlar.
Facebook-da paylaş