Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Super Liqa təmsilçisi heyətini yeni futbolçularla gücləndirib

Super Liqa təmsilçisi heyətini yeni futbolçularla gücləndirib


Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
BrendSport.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Abdullah Yiğitler və fransalı yarımmüdafiəçi Mehdi Budjemanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İyirmi bir yaşlı Abdullah Yiğitler ilə dördillik müqavilə imzalanıb. “Fənərbağça”nın yetirməsi olan qolkiper “İstanbulspor”da da çıxış edib.
Mehdi Budjema isə Hatay klubu ilə üçillik müqaviləyə imza atıb. Futbolçu Fransanın “Genqam” klubundan transfer olunub. Peşəkar karyerasına məhz bu klubda başlayan yarımmüdafiəçi, geridə qalan mövsümü icarə əsasında “Laval”da keçirib.
“Hatayspor” qanalı yarımmüdafiəçisi İsaak Seki ilə də yeni müqavilə imzalandığını açıqlayıb. İyirmi yeddi yaşlı futbolçu daha 2 il Super Liqa klubunun uğurları üçün çalışacaq. Qana yığmasına da dəvət alan futbolçu əvvəllər “Dənizlispor”, “Alanyaspor” və “Slovan” (Libereç) klublarında da forma geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş