“Liverpul”u “Beşiktaş”a dəyişdi
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndrib. Super Liqa təmsilçisi İngiltərənin “Liverpul” klubunun almaniyalı qapıçısı Loris Kaiusu heyətinə qatıb. İstanbul klubu hələlik bu transferi rəsmən açıqlamasa da, “Beşiktaş”ın “Twitter” hesabında Loris Kariusun şəkli paylaşılıb.
Türkiyə mətbuatının yazdığına görə, “qara qartallar” 25 yaşlı qapıçını 2 illik icarəyə götürüb. Almaniyalı futbolçu tezliklə İstanbula gələcək və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
“Beşiktaş” iki illik icarə üçün “Liverpul”a 2.5 milyon avro ödəyəcək. Kariusun transfer hüququnu almaq üçün isə əlavə 8 milyon avro təzminat ödəmək lazım gələcək.
Karius futbola 1998-2000-ci illər aralığında oynadığı “Biberax”da başlayıb. Daha sonra o, “Mettenberq” və “Ulm 1846” klublarında forma geyinib.
Peşəkar karyerasına 2005-ci ildə “Ştuttqart”da başlayan Karius, daha sonra “Manşester Siti”yə transfer olunub. 2011-2016-cı illər aralığında “Maynts”da çıxış edən qapıçı 2016-cı ildən “Liverpul”un şərəfini qoruyur.
Facebook-da paylaş