Daha bir türk futbolçu La Liqada
İspaniyanın “Hueska” klubu türkiyəli futbolçu Sərdar Gürlərin transferini tam rəsmiləşdirib.
Yeni mövsümdən La Liqada mübarizə aparmaq hüququ qazanan komanda ilə Türkiyənin “Osmanlıspor” klubundan transfer etdiyi 26 yaşlı yarımmüdafiəçi arasında 4 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sərdar son mövsümdə “Osmanlıspor”un heyətində Super Liqada 29 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbol oynamağa Fransanın “Soşo” klubunda başlayan Gürlər karyerası ərzində “Gənclərbirliyi”, “Ərciyəsspor”, “Trabzonspor” və “Elazığspor” komandalarında da forma geyinib.
Facebook-da paylaş