Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Avro-2020”: Bu gün dörddəbir final mərhələsinin daha iki iştirakçısı müəyyənləşəcək



BrendSport.az xəbər verir ki, günün birinci matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki “Parken” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Günün sonuncu matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki “Milli Arena”da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi dörddəbir finalda rəqib olacaqlar.

Səkkizdəbir final mərhələsinin iyunun 29-da oynanılacaq son iki matçında İngiltərə seçməsi Almaniya, İsveç millisi isə Ukrayna ilə üz-üzə gələcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş