Əsas Səhifə > Maraq > “Avro-2020”: Bu gün dörddəbir final mərhələsinin daha iki iştirakçısı müəyyənləşəcək
“Avro-2020”: Bu gün dörddəbir final mərhələsinin daha iki iştirakçısı müəyyənləşəcək28-06-2021, 16:02 |
BrendSport.az xəbər verir ki, günün birinci matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki “Parken” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək. Günün sonuncu matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki “Milli Arena”da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi dörddəbir finalda rəqib olacaqlar. Səkkizdəbir final mərhələsinin iyunun 29-da oynanılacaq son iki matçında İngiltərə seçməsi Almaniya, İsveç millisi isə Ukrayna ilə üz-üzə gələcəklər. Geri qayıt |