Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Avro-2020”: Bakıda keçiriləcək dörddəbir final matçının ilk iştirakçısı müəyyənləşib



BrendSport.az xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Danimarkalıların heyətində Kasper Dolberq (27, 48), Yoakim Mehle (88) və Martin Brautvey (95+5) fərqləniblər.

Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində bu komandanın rəqibi Niderland - Çexiya duelinin qalibi olacaq.

Qeyd edək ki, günün ikinci oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş