Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tanınmış futbolçu növbəti dəfə əməliyyat olundu



"Werder" və Xorvatiya millisinin sabiq futbolçusu İvan Klasniç 3-cü dəfə böyrəyindən əməliyyat olunub.

Əməliyyat oktyabrın 17-si Zaqrebdə baş tutub. Klasniç bunun ağır keçdiyini bildirib.

"Qorxurdum ki, böyrək nəqli növbəti dəfə alınmaz. Amma, deyəsən, hər şey yaxşıır. Nəhayət ki, həyatım normal ritmə dönür. Tezliklə yenidən millilitr hesablamadan su içə biləcəm. Hələlik tənəffüs maskası taxmalı və az gəzməliyəm. Biraz sonra hər şeyə icazə veriləcək" - xorvatiyalı futbolçu deyib.

Onda böyrək çatışmazlığı 2006-cı ildə özünü göstərmişdi. Həmin vaxt futbolçuya anasının böyrəyi köçürülsə də, bir müddət sonra orqanizm onu qəbul etməmişdi. 2007-ci ildə Klasniçin atası donor qismində çıxış edərək ona böyrəyini vermişdi.


Facebook-da paylaş

Xəbəri paylaş