Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib

Dekabrın 10-da Lissabonda Portuqaliya Paralimpiya Komitəsinin (CPP) 2025-ci ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilib.
BrendSport.az xəbər verir ki, qala gecəsində MPK prezidentinin müşaviri Şahin Kazımzadə CPP-nin dəvəti əsasında iştirak edib.
Tədbirdə Portuqaliya Paralimpiya Komitəsi tərəfindən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, dekabrın 9-da Ş.Kazımzadə CPP prezidenti Joze Manuel Lourenso, komitənin vitse-prezidenti, eləcə də Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leila Markes Mota və vitse-president Tyaqu Karvalyu ilə görüş keçirib.
Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat, tədris və birgə təlim-məşq toplanışlarının təşkili məsələlərini müzakirə ediblər.
Facebook-da paylaş





















