Əsas Səhifə > Maraq > Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib
Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib11-12-2025, 18:23 |
![]() Dekabrın 10-da Lissabonda Portuqaliya Paralimpiya Komitəsinin (CPP) 2025-ci ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilib. BrendSport.az xəbər verir ki, qala gecəsində MPK prezidentinin müşaviri Şahin Kazımzadə CPP-nin dəvəti əsasında iştirak edib. Tədbirdə Portuqaliya Paralimpiya Komitəsi tərəfindən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkürnamə təqdim edilib. Qeyd edək ki, dekabrın 9-da Ş.Kazımzadə CPP prezidenti Joze Manuel Lourenso, komitənin vitse-prezidenti, eləcə də Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leila Markes Mota və vitse-president Tyaqu Karvalyu ilə görüş keçirib. Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat, tədris və birgə təlim-məşq toplanışlarının təşkili məsələlərini müzakirə ediblər. Geri qayıt |