Azərbaycan cüdoçuları Avropa və dünya çempionatlarına hazırlaşırlar
Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi Çexiyanın Teplis şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
BrendSport.az xəbər verir ki, iki günlük hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.
Qeyd edək ki, təlim-məşq toplanışı mayın 4-5-də keçiriləcək Göygöl Avropa Kubokuna, iyun və avqust aylarında keçiriləcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Facebook-da paylaş