Göygöldə cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
Avropa Cüdo Birliyinin (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib.
BrendSport.az xəbər verir ki , hazırlıq prosesinə Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı, ümumilikdə 15-dən çox ölkədən 200-dən artıq idmançı qatılıb.
Cüdoçulara yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın çalışdırıcısı Elnur İsmayılov, qadınlardan ibarət yığmanın məşqçiləri Kifayət Qasımova və İmamverdi Məmmədov rəhbərlik ediblər.
Təlim-məşq prosesinin əsas məqsədi idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Facebook-da paylaş