“Fənərbağça” Mahir Emrelinin komanda yoldaşını transfer edib
Türkiyənin “Fənərbağça” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komanda yoldaşı Dominik Livakoviçi transfer edib.
BrendSport.az xəbər verir ki, bu barədə İstanbul nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı qapıçının keçidi üçün Zaqreb “Dinamo”su ilə hərtərəfli razılıq əldə olunub. Xorvatiya millisinin üzvü bu gün İstanbula yollanaraq, yeni komandasında tibbi müayinədən keçəcək və münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən “Dinamo”nun formasını geyinir.
Facebook-da paylaş