Azərbaycan şahmatçısı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.
BrendSport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.
İlk qarşılaşma heç-heçə başa çatmışdı.
Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.
Facebook-da paylaş