Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başlayıb



Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki ə, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Abasov rəqibi qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.

Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.

1/8 finalda ilk partiya Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş