Şahmatçımız Nicat Abasov dünya kuboku yarışlarına vəsiqə qazanıb
Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilib.
BrendSport.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov dünya kuboku yarışlarına vəsiqə əldə edib.
Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.
Facebook-da paylaş