Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçımız Aydın Süleymanlı dünya kubokunun seçmə yarışında liderlər qrupunda mübarizə aparır

Şahmatçımız Aydın Süleymanlı dünya kubokunun seçmə yarışında liderlər qrupunda mübarizə aparır


Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışlarının seçmə mərhələsi davam edir.
BrendSport.az xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.
Dünya kubokunda artıq 18, 16 yaşlı oğlanlar, 10, 12 yaşlı qızlar arasında seçmə yarışında səkkizinci turun oyunları keçirilib.
On səkkiz yaşlılarda təmsilçimiz Aydın Süleymanlı səkkiz turun nəticəsinə görə 7 xal toplayaraq 1-2-ci yerləri bölüşür. Şahmatçılarımızdan Əhməd Əhmədzadə 35-ci, Vüqar Manafov 39-cu, Elnur Teymurov 74-cü yerdədirlər.
On altı yaşadək şahmatçılar arasında ən yaxşı nəticəni Xəzər Babazadə göstərib. Şahmatçımız 6,5 xalla 3-cü yerə sahib olub. Şiroğlan Talıbov 23-cü, Sadiq Qarayev 57-ci yerləri tuturlar.
On iki yaşlı qızların yarışında isə Ayan Hüseynli 32-ci, Xanım İsmayılova 39-cu, Lalə Hüseynova 43-cü yerdə qərarlaşıblar.
On yaşlı qızlar arasında isə Səadət Bəşirli 10-cu yeri tutur.
Qeyd edək ki, artıq 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışlar yekunlaşıb. On yaşlı oğlanların seçmə yarışında Xaqan Əhməd, on iki yaşlıların seçmə yarışında isə təmsilçimiz Cahandar Azadəliyev birinci yeri tutublar.
On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.
Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş