Əsas Səhifə > Maraq > Şahmatçımız Nicat Abasov dünya kuboku yarışlarına vəsiqə qazanıb
Şahmatçımız Nicat Abasov dünya kuboku yarışlarına vəsiqə qazanıb14-03-2023, 16:02 |
Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilib. BrendSport.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov dünya kuboku yarışlarına vəsiqə əldə edib. Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib. Geri qayıt |