Əsas Səhifə > Maraq > Azərbaycan şahmatçısı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib

Azərbaycan şahmatçısı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib


16-08-2023, 18:30


Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.
Geri qayıt