Ekspo-2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir
İsveçrənin Davos şəhərinin InterContinental otelində yanvarın 23-də axşam keçirilmiş rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd etmişdir ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun bu ilki mövzusu olan “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst üstə düşür.
Ekspo-2025 Bakı Əməliyyat katibliyindən BrendSport.az saytına verilən məlumata görə, tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarıcını çatdırmaq idi. İştirakçılar sırasına dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri daxil idi.
Öz çıxışında səfir Elçin Əmirbəyov aşağıdakıları vurğuladı:
Dünya İqtisadi Forumu kimi, Ümumdünya Ekspo sərgisi (World Expo) müzakirə və ideya mübadiləsi məqsədilə dünyanı bir araya gətirən vacib mexanizmdir.
İnsan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşmasında kömək etmək üçün yolların tapılması, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək deməkdir. O, sabit və sağlam cəmiyyətlərin bünövrəsini qurmaqdır. Biz inanırıq ki, hal-hazırda İNSAN kapitalının inkişafına diqqət yetirməyin, genişlənən qeyri-bərabərliyi azaltmağın və iqtisadi artım, kreativlik və uğurun əldə olunması üçün imkanlar yaratmağın zamanı yetişmişdir.
Çıxışda Bakının EKSPO təklifinin alt-mövzularının – təhsil, məşğulluq, səhiyyə - vacibliyi də qeyd olunmuşdur. Onlar Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür.
Təhsil. Biz insanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsilin və təlimin vacibliyini qəbul edirik
Məşğulluq. Biz fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacını qəbul edirik, eyni zamanda texnologiyanın əmək bazarına təsirini də qeyd edirik.
Səhiyyə. Biz düşünürük ki, insan kapitalının inkişafın effektiv şəkildə məhz sağlam cəmiyyətlərə baş verə bilər
Tədbirlə əlaqədar fikirlərini bölüşərək, nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov vurğuladı ki , “Bakının Ekspo 2025 üçün təklif etdiyi mövzunu - “İnsan Kapitalını İnkişaf etdirək, Daha Yaxşı Gələcək Quraq” – burada, Dünya İqtisadi Forumunda müzakirə etməkdən şərəf duyuruq. Dünya həmişəkindən daha sürətli templə dəyişir və Ekspo 2025 üçün Bakının təklif etdiyi alt-mövzularını təşkil edən insan ehtiyacları – səhiyyə, təhsil və məşğulluq – dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu xüsusda öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq və tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır.
Facebook-da paylaş