Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“AGF Trophy”: Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası qızıl medala sahib olub

“AGF Trophy”: Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası qızıl medala sahib olub


Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində qızıl medal qazanıb.
BrendSport.az xəbər verir ki, Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova və Ayan Sadıqovadan ibarət komandamızın final mərhələsində 5 top ilə çıxışı hakimlər tərəfindən 31,700 xalla qiymətləndirilib.
İlk üçlükdə 31,600 xalla İsrail və 29 xalla Macarıstan komandaları yer alıblar.
Daha əvvəl komandamız 5 iplə yarışlarda ikinci olmuşdu.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. “AGF Trophy” böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş